FHN itkin düşmüş 22 yaşlı gənci Mişarçayda axtarır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri Daşqın Mirzəyevin axtarışlarına cəlb olunub. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bir müddət əvvəl itkin düşmüş 1981-ci il təvəllüdlü Daşqın Ərəstun oğlu Mirzəyevin Cəlilabad rayonu ərazisindən keçən Mişarçay çayına düşdüyü ehtimal edilir.  Əməliyyat məlumatı əsasında dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri Daşqın Mirzəyevin axtarışlarına cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31