Qazaxda 4 otaqlı ev yanıb
9 Yanvar 2013 14:17 KriminalQazax rayonu, İkinci Şıxlı kəndində vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə, 3 otaq və aynabənddə olan ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31