Neftçalada 2 otaqlı ev yandı

Neftçala rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanı 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31