Sumqayıtda daha bir qumarbazın qumarxanası ifşa edildi

Sumqayıtda daha bir qanunsuz futbol mərci ilə məşğul olan şəxsin qumarxanası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Hüseyn Nuriyevin "on line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Qumarxanaya baxış zamanı 6 dəst kompyuter, 30 ədəd futbol kuponları, 60 manat məbləğində uduşa qoyulmuş pul və digər sənədlər aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31