Şəmkirdən Türkiyəyə qadın daşıyan “mama roza” ələ keçdi

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Şəmkirdən Türkiyəyə qadın daşıyan mafioz qadını yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Məhbubə Məmmədova gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31