Bakıda narkotacir qadın zərərsizləşdirildi
9 Yanvar 2013 12:25 KriminalBakıda narkoticarətlə məşğul olan qadın yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Xətai rayonu ərazisində baş verib. Narkotacir qadın dəstə üzvlərinin birinin vasitəsilə ələ keçib. Xətai Rayon Polis İdarəsinin 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Babayevdən 2,25 qram marixuana və 0,231 qram heroin götürülüb. Daha sonra Z.Babayevə narkotik vasitəni satmış, şəhər sakini Arzu Nəsirova tutulub, mənzilinə baxış zamanı 1 kiloqram 30 qram marixuana və 103,237 qram heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31