Bakıda “Mercedes”in vurduğu qadın öldü
24 May 2012 15:13 KriminalMayın 20-də Bakıda "Mercedes"in vurduğu qadın ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Bakı şəhər sakini Cəfər Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Zümrüd Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Yaralı piyada mayın 23-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31