Bakının məhşur Ticarət Mərkəzində oğurluq

“Park Bulvar”dan geyim əşyaları oğurlayan qadın ələ keçdi

Bakının mərkəzindəki məhşur ticarət mərkəzində oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 22-də paytaxtın Səbail rayonu ərazisindəki "Park Bulvar" Ticarət Mərkəzində baş verib.  Ticarət mərkəzində sahibkarlıqla məşğul olan Bakı şəhər sakini Nuriyyə Qəribzadəyə məxsus mağazadan geyim əşyaları oğurlanıb. Səbail Rayon Polis İdarəsinin 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Nataliya Baraşekova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31