2,2 milyonu mənimsəyən müdirin məhkəməsi başlayıb

Şəki Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Şəki rayon mədəniyyət şöbəsinin keçmiş rəhbəri Elmira Məmmədova və şöbənin mühasibi Sevinc Abdullayevanın məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayətin araşdırılmasına başlanıb. Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Elmira Məmmədova 10 il, Sevinc Abdullayeva 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər 2,2 milyon manatı mənimsəmədə təqsirli biliniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31