Piyadanı vurub qaçan sürücünün cəzası yüngülləşdirilmədi

Şəki Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən 52 yaşlı Ağdaş rayon sakini Elburus Rəhimovunapellyasiya şikayətinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə Elburus Rəhimovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.
Ağdaş Rayon Məhkəməsində hakim Nəsrullah Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinən E.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Rəhimov Elbrus Qurban oğlu 23 fevral 2012-ci il tarixində saat 21:20 radələrində sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2102" markalı 05-BA-548 qeydiyyat nişanlı avtomobillə Ləki qəsəbəsi C.Məmmədov küçəsi ilə yüksək sürətlə idarə etdiyi avtomaşının idarəçiliyini itirib və 3,3 metr yolun sağına çıxaraq piyada Hacıyev Samir Hamil oğlunu vuraraq 11 metr kənara atıb. Sonra avtomaşınını saxlamayaraq hadisə yerindən qaçıb. 345 metr yol getdikdən sonra yenidən idarəçiliyi itirərək, yolun sağında avtomaşını aşırıb.
Nəticədə Samir Hacıyev hadisə vaxtı aldığı xəsarətlərdən Ağdaş MRX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31