Qadını qarət edən mütəşəkkil dəstəyə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qadını qarət etməkdə təqsirləndirilərək həbs olunan mütəşəkkil dəstə üzvlərinin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Mamedov Karado Ələsgər oğlu 9 il, Tağıyev Nazir Nazim oğlu 9 il , Həsənzadə Azad Xanlar oğlu 3 il və Novruz İsmayılov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5 maddələri ilə təqsirli bilinən dəstə üzvləri Məhərrəmova Fərəh Əlövsət qızına bıçaqla hədə-qorxu gələrək pulunu alıblar. Bundan sonra zərərçəkən polisə şikayət edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində dəstə zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31