Zərdabda güllələnmə

Ov tüfəngi ilə qonşusunu öldürdü

Zərdab rayonunda güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 7-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndi ərazisində baş verib. Kənd sakini Ceyhun Abbasovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəş, həmkəndlisi Bəhmən Mustafayevə dəyib. Nəticədə B.Mustafayev aldığı xəsarətdən ölüb. C.Abbasovdan 1 ədəd ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31