Bakıda ağır qəza, 2 ölü, bir yaralı
8 Yanvar 2013 14:13 KriminalYanvarın 7-də saat 18.20 radələrində Qaradağ rayonu ərazisində daha bir ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Cəlilabad rayon sakini Vüsal Əsgərov "UAZ" markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə sərnişinlər Salamat İsmayılov və Damət Sultanov ölüb, özü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31