Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – SİYAHI

Yanvarın 7-də axşam saatlarında Şəmkir rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində, Bakı-Qazax magistralında "Mercedes Sprinter" markalı sərnişin avtobusu "VAZ 2106" markalı avtomobilə çırpılıb. Avtobus minik avtomobilinin üstündən keçib. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb.

Məlumata görə, avtobus Bakı-Qırmızı Körpü xətti üzrə hərəkət edirmiş. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Lent.az-ın "Kəpəz TV"-yə istinadən verdiyi məlumata görə, qəzada ölənlər bunlardır.

Hüseynov Anar Hidayət oğlu, 1987-ci il
Babayev Murad Əbülfəz oğlu, 1987-ci il
Babayeva Çiçək Nazim qızı, 1962-ci il
Nağıyeva Leyla Nazim qızı, 1968-ci il
Nağızadə Nağı İdris oğlu, 1998-ci il

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31