Ayaqqabısanda xalası oğluna telefon keçirən saxlandı

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 67-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mübariz Firuddin oğlu Qasımovun yanına qısa müddətli görüşə gəlmiş xalası oğlu Qorxmaz Aslan oğlu Hüseynovun üzərinə baxış keçirilən zaman sağ ayaqqabısının içərisində gizlətdiyi 1(bir) ədəd "Nokia-7210c" mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31