Sumqayıtda partlayış, xəsarət alan var
7 Yanvar 2013 16:49 KriminalSumqayıtda evdə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 65 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsində, ümumi sahəsi 10 kv.m olan vanna otağında yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində hamamın lambirdən ibarət tavanı və evin dam örtüyü 3 kv.m sahədə yanıb, ev sahibi yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31