Yaşayış binasında qəza
1 nəfər ölümlə-üz-üzə qalıb
7 Yanvar 2013 16:49 KriminalBakıda doqquzmərtəbəli yaşayış binasını su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisini su basıb. Dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın istilik sistemində baş vermiş qəza səbəbindən zirzəmini su basmış və həmin vaxt orada olan 1 nəfər köməksiz vəziyyətdə qalıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zirzəmiyə daxil olmuş və vətəndaşı xilas ediblər.