Astarada dəhşətli faciə, 8 yaşlı qız yellənçəkdə boğulub ölüb
7 Yanvar 2013 13:30 KriminalYanvarın 6-da Astara rayonunun Maşxan kəndində bədbəxt hadisə baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, kənd sakini Hüsniyyə Əzizovanın həyətində, onun himayəsində yaşamış 8 yaşlı Şəlalə Quliyevanın yelləncəkdən asılı halda olan meyiti tapılıb. İlkin məlumatlara əsasən Ş.Quliyeva ehtiyatsızlığı nəticəsində yelləncəyin ipinə dolaşaraq ölüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31