2 ayın əsgəri vəfat etdi

Əsgərin ürək tutmasından vəfat etdiyi ehtimal edilir

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C.Qubadov ürək tutmasından vəfat edib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00:35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır.Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31