Bakıda bir gündə 11 qadın dəm qazından zəhərləndi

Ötən gün zəhərlənənlər arasında 4 nəfər kişi də olub

Dünən Bakıda 15 nəfər dəm qazından zəhərlənib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin müxtəlif ərazilərində baş verib. Dəm qazından zəhərlənənlərin 11 nəfəri qadın, 4 nəfəri kişidir. Zəhərlənənlər içərisində azyaşlı olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31