15 bələdiyyə barədə cinayət işi aşılıb
7 Yanvar 2013 11:28 Kriminal2012-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 63 faiz artaraq 52 mindən çox təşkil edib. Bu barədə Bələdiyyələrlə iş Mərkəzindən "Olaylar"a verilən məlumata görə, onlardan 1400-ə yaxını nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 500-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə cinayət işi başlanıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31