DQİDK dini icmanı məhkəməyə verib

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi "Həyatverici lütf" dini icmasının qeydiyyatını ləğv etmək üçün məhkəməyə mqraciət edib. "Olaylar"a daxil olan məlumata görə, Komitə sözügedən dini icmanın ləğvi məqsədilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq. Qeyd edək ki, "Həyatverici lütf" dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31