Bakı Beynəlxalq Hava Limanında qəza, ölən və yaralanan var

Bakıda Beynəlxalq Hava Limanında ağır qəza hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə yanvarın 5-də saat 08.15 radələrində baş verib.  Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakinləri Əli Sadıqovun idarə etdiyi "Hyundai" markalı və Nahid Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə N.Abdullayevin sərnişini, Bakı şəhər sakini Nadir Dərgahov hadisə yerində ölüb, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib. Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31