Bakıda kütləvi davada atışma: 1 ölü, 2 yaralı
7 Yanvar 2013 10:09 KriminalBakıda silahlı insident baş verib. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 7-nə keçən gecə Balaxanı qəsəbəsində iki qrup şəxs arasında kütləvi dava olub. Dava zamanı Bakı şəhər sakinləri Sadiq Musayev və Elçin Əliyev güllə yarası alıblar. Elxan Bayramzadə isə bıçaqlanıb. O, 3 saylı şəhər xəstəxanasında ölüb.Əməliyyat-istintaq tədbirləri nəticəsində hadisədə iştirak etmiş Bakı sakinləri - Tahir Musayev, Əsəd Əliyev, onun qardaşları Teymur və Seymur Əliyevlər, həmçinin Ə. Əliyevin oğlu Məhəmməd Əliyev müəyyən edilib. Bir neçə nəfər yaxalanıb.Hadisə yerindən 9 mm güllə gilizləri götürülüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1, 29.120.2, 29.120.7 və 228.1-ci maddələri ilə iş başlanılıb.Araşdırmalar davam etdirilir.