Bayram günlərində Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb, 87 nəfər yaralanıb
Qəzalardan 24-ü Bakı şəhəri ərazisində, qalan 43 qəza isə ölkəninn müxtəlif bölgələrində baş verib
5 Yanvar 2013 18:45 KriminalBayram günlərində Azərbaycanda 67 yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəzalardan 24-ü Bakı şəhəri ərazisində, qalan 43 qəza isə ölkəninn müxtəlif bölgələrində baş verib.Qəzalar nəticəsində ölənlərin sayı 8, yaralılar isə 87 olub. 3 nəfər Bakıda, 2 nəfər isə rayon yollarında baş verən qəzada ölüb. Qəzalarda 27 nəfər paytaxtın, qalanları isə digər yollarda baş verən qəzalarda xəsarət alıblar.Belə ki, Yeni il gecəsi, dekabrın 31-də ölkə ərazisində baş verən 16 (Bakıda 6 qəza, 1 ölü, 9 yaralı) avtomobil qəzasında 2 nəfər ölüb, 25 nəfər yaralanıb. Yanvarın 1-də 13 (Bakıda 3 yol qəzası, 1 ölü, 4 yaralı) yol qəzası baş verib. Həmin qəzalarda da 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Yanvarın 2-də isə 16 yol qəzası baş verib. Həmin qəzalarda ölən olmasa da, 20 nəfər xəsarət alıb. Həmin gün Bakıda 7 hadisədə 8 nəfər xəsarət alıb. Yanvarın 3-də 5 yol qəzası baş verib k, burada 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Yanvarın 3-də Bakıda 3 yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yanvarın 4-də 17 yol qəzasında 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmin gün Bakıda 5 yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.