Bakıda 27 yaşlı qızı doğrayıb, torbaya yığdılar
5 Yanvar 2013 18:13 KriminalYanvarın 3-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində qadın meyiti tapılıb.Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dədə Qorqud qəsəbəsi ərazisində, sellofana bükülmüş formada və üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb.Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun daimi yaşayış yeri olmayan, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş 27 yaşlı Yelena Nelyubova olması müəyyən edilib.Qeyd edək ki, meyitin olduğu torba zibil qutusundan tapılıb. Qadının bəzi bədən üzvlərinin kəsildiyi də bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31