İran polisinin Kerman vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılardan 1 ton 614 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb."Qafqazinfo" xəbər verir ki, narkotik maddələrin hazırlanması, becərilməsi, emalı və satışı ilə məşğul olan cinayətkar dəstənin bir neçə üzvü saxlanılıb. Dəstənin digər üzvlərinin də tutulması istiqamətində tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31