Qadın, “tərs-tərs baxırsan” – dediyi başqa qadının qulağını kəsdi VIDEO
Hadisəni törədən qadın soyuqqanlı şəkildə, “nolub, adam zad öldürmüşəm?” – deyib
5 Yanvar 2013 08:32 KriminalTürkiyənin Adana vilayətində qeyri-adi cinayət hadisəsi baş verib. Məlumata görə, şəhərin "İnönü" parkında skamyada oturan 34 yaşlı qadın B.K. qarşı skmayada oturan 32 yaşlı G.A. adlı başqa qadına, "niyə tərs-tərs baxırsan?" - deyərək mübahisə etməyə başlayıb. Daha sonra tərəflər parkda dalaşmağa başlayıb. Polis hadisəyə müdaxilə edərək tərəfləri ayırmaq istədiyi anda isə B.K. çantasından çıxardığı bıçaqla G.A.-nın qulağını kəsib.Qeyd edək ki, hadisədən sonra zərərçəkmiş G.A. xəstəxanaya çatdırılıb. Polis bölməsinə aparılan B.K. isə soyuqqanlı şəkildə, "nolub, adam zad öldürmüşəm?" - deyə reaksiyasını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31