Model qarət olundu

Dünyanın məşhur simalarından biri olan supermodel Naomi Kempbeli Parisdə qarət ediblər.Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qarətçilərin ondan nələrin oğurladıqları məlum deyil.Ancaq məlum olan odur ki, Kempbel son günlərini əlil arabasında keçirib. Belə ki, qarətçilər onu itələyərək yıxıblar. Nəticədə supermodel yıxılaraq ayağının əzələlərini dartıb.
Hadisə Kempbelin Fransa paytaxtında taksi saxlayarkən baş verib. Ulduz özü isə təxmin edir ki, qarətçilər onu izləyirdilər və onun tək qalaraq qızıl-zinət əşyalarını oğurlamaq üçün lazımi anı gözləyirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31