Gülər Əhmədova hər gün polisdə....

Sabiq deputat Gülər Əhmədovanı ev dustağı edərək, polis nəzarəti altına alıblar. Bu barədə dünən G.Əhmədova özü haqqin.az saytının əməkdaşı ilə söhbətində bildirib.Rüşvətxorluqda vasitəçilik etməsini barədə yayılmış ifşaedici videomateriallarda adı keçən və görüntüləri görünən sabiq deputat barədə qəti imkan tədbirini Nəsimi rayon məhkəməsi çıxarıb."Mən hər gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm", - deyə G.Əhmədova durumunu izah edib və bundan başqa heç bir suala cavab verməyərək, vəkillərinin yeni müdafiə taktikası seçəcəyinə istinad edib.Yeri gəlmişəkən, Əhmədovanını hüquqlarını sırasında əcnəbi vəkillər də olmaqla bir qrup vəkil müdafiə edəcək."Əgər ehtiyac olarsa, mən vəziyyətə özüm aydınlıq gətirəcəyəm, daha Elşad Abdullayevin bəyanatlarını şərh etməyəcəm", - deyə G.Əhmədova bildirib. O, yalnız həyat yoldaşı Fikrət Əhmədovun AzTV-də tutduğu vəzifədən kənarlaşdırıldğını da təsdiq edib./musavat.com/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31