Bakıda yük maşını körpüdən aşdı, yaralılar var

Hadisə “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib

Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasının yaxınlığında yük maşını körpüdən aşıb. Nəticədə maşında olan iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31