60 nəfər zəhərləndi
3 Yanvar 2013 14:33 KriminalBayram günlərində Bakı şəhərində təcili tibbi yardıma müraciət edənlərin sayı artıb. "Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, dekabrın 31-dən bu günə çağırış edənlərin sayında 30 faiz artım olub.
Belə ki, adi günlərdə əgər təcili yardıma 1500 nəfər müraciət edirdisə, bayramda bir gündə həkimə 2000 çağırış edib. Bunun da əsas səbəbi, bayramda, poliklinikaların, tibb müəssisələrinin bağlı olmasıdır. Çağırışlar içərisində ən çox qida ilə bağlı yaranan problemlər və dəm qazında zəhərlənmələri olub. Əsasən qida zəhərlənmələri, mədə-bağırsaq pozuntuları, qidanın çoxlu qəbulu zamanı yaranan narahatlıqar, konservalardan, turşulardan zəhərlənmələrdən çox şikayət olunub.
Bundan başqa, dəm qazından zəhərlənmələrlə bağlı çağırışlar da çoxalıb. Bayram günlər ərzində dəm qazından 60 nəfər zəhərlənib.Yeni il gecəsi - dekabrın 31-də Bakıda 26 nəfər, yanvarın 1-də 19, yanvarın 2-də isə 15 nəfər qazından zəhərlənib.