Sevinc Babayevanın oğlu istintaqa ifadə verdi
3 Yanvar 2013 14:31 KriminalFəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videolarda vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov istintaqa ifadə verib.
APA xəbər verir ki, A. Məmmədov ifadəsində həm anasının ölümü, ölkədən getməsi, həm də anasının ölümündən sonra səsləndirdiyi iddialara toxunub.
Məlumata görə, Sevinc Babayevanın İstanbulda yaşadığı bina yüksək mühafizə sistemi ilə təmin edilib. Burada 3 otaqlı mənzil kirayələyən S. Babayeva aylıq 1000 dollar ödəyib.
S. Babayevanın yaşadığı mənzil də "Məryəm Solmaz" adına kirayələnib. Onun bu evdə nə vaxtdan yaşamağa başladığını hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, S. Babayevanın oğlu mətbuata açıqlamalarında və istintaqa ifadəsində anasının ölümünə görə keçmiş deputat Gülər Əhmədovanı ittiham edib. O, anasının G. Əhmədova ilə yemək yediyini, daha sonra evdə vəziyyətinin pisləşdiyini və sabiq deputat tərəfindən zəhərləndiyini dediyini bildirib. O, anasının 3 vərəqlik əlyazmaları olduğunu, həmin əlyazmaların Türkiyə polisi tərəfindən götürüldüyünü də vurğulayıb.
G. Əhmədova isə A. Məmmədovun söylədiklərinin həqiqətdən uzaq olduğunu, onun videoları yayan E. Abdullayev tərəfindən qorxudulduğunu qeyd edi