Ukraynada ən böyük kokain partiyası məhv edilir

Mayın 23-də Kiyevin "Enerji" məişət tullantılarının emalı zavodunda 20 milyon dollarlıq kokain məhv edilib. Narkotikin ümumi çəkisi 1 ton 30 kiloqramdır. Bu, 10 milyon kokain dozası deməkdir. "Qara bazar"da bu həcmdə narkotikin qiyməti 20 milyon dollara bərabərdir. Bu Ukraynada aşkarlanan ən iri kokain partiyasıdır. Zavod işçilərinin sözlərinə görə, narkotiki 850 dərəcədə sobaldarda məhv edirlər. ("OLAYLAR")
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31