Sevinc Babayevanın dəfnində nə baş verdi
30 Dekabr 2012 17:58 KriminalDünən gecə saatlarında AZAL-a məxsus J2-078 səfər saylı təyyarə ilə 22.50-də Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilən Sevinc Babayeva artıq Lökbatan məzarlığında dəfn olunub.S.Babayevanın yaxınlarından AzNews.az-a verilən məlumatına görə, dəfn mərasimində mərhumun yaxın çevrəsindən olan az sayda insan iştirak edib.
Qeyd edək ki, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayev və keçmiş millət vəkili Gülər Əhmədova ilə birgə videoqalmaqalda hallandırılan Sevinc Babayeva iki gün əvvəl İstanbulun "Medicana" xəstəxanasında vəfat etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31