Atası və qaynı tərəfindən zorlanan 23 yaşlı qız dəli oldu
Türkiyədə çox iyrənc cinayət baş verib
30 Dekabr 2012 06:20 KriminalTürkiyədə çox iyrənc cinayət baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankarada atası və anası ilə birlikdə yaşayan 23 yaşlı Yarğıtay əvvəlcə atası, daha sonra qaynı tərəfindən zorlanıb.Yarğıtay ilk öncə 15 yaşında atasının təcavüzünə məruz qalıb. Sonradan isə uzun illər boyunca atası tərəfindən zorlanıb. Cinayətin üstü isə Yarğıtay atasından hamilə qaldığı zaman açılıb.
Yarğıtayın ifadəsinə əsasən atası tutulub. Bundan sonra anası ilə tək yaşayan Yarğıtay bacısı və qaynı Mesutunun himayəsi altında qalırlar. Lakin bir müddət sonra Mesut da Yarğıtayı zorlayıb və ona 2 il boyunca cinsi təcavüz edib. Mesut bununla da sakitləşməyib və dostları Feramiz S-i də evə gətirib. Dostlar birlikdə qızı zorlayıblar.Bu cinsi təcavüzlərin nəticəsi olaraq Yağıtay yenidən hamilə olub. Yarğıtayın anası Samiyə K-nin şikayəti əsasında Mesutu polis yaxalayıb. Şikayətə əsasən məhkəmənin qərarı ilə Mesuta 8 il 4 ay həbs cəzası verilib.
Yarğıtay isə daima təcavüzə məruz qaldığı üçün psixi durumunda problemlər yaranıb. Onun ruhi xəstə olub olmadığı barədə analizlər götürülüb. Əgər Yarğıtayın cinsi təcavüzlər üzündən ruhi xəstə olması aşkarlanarsa, o zaman təcavüzkar ata və qayın üçün müəyyən edilən həbs müddəti uzadıla bilər.