Bakıda top mərmisi tapılıb
28 Dekabr 2012 18:39 KriminalBakıda top mərmisi tapılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər. Mütəxəssislər tərəfindən 2 ədəd 100 millimetrlik təlim üçün top mərmisi aşkar edilərək götürülüb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31