Ağdamda ferma yanıb, 157 baş heyvan tələf olub
28 Dekabr 2012 18:38 KriminalAğdamın Zəngişallı kəndində ferma yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Yunis Cəfərova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların saxlandığı binanın od tutması 157 baş qoyun-quzunun yanaraq tələf olması ilə nəticələnib. Tiklinin çardaq hissəsində qışa ehtiyat üçün ot və saman dərzləri yığıldığından alov qısa müddətdə fermanı bürüyüb. Yanğına məruz qalan dərzlər sürətlə alışdığından yanğını söndürmək və heyvanları bayıra çıxarmaq mümkün olmayıb. İlkin ehtimala görə, yanğına tikiliyə çəkilmiş elektrik naqillərində nasazlıq üzündən baş vermiş qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31