Qatil ruhi xəstənin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilərək həbs olunan Seyran Meybullayevin məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a nməhkəmədən məlumat verilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə qarşı ittiham aktı elan edilib.
İttihama görə, bu il mayın 10-da, saat 19 radələrində Binəqədi qəsəbəsi, Nizami küçəsindəki 17 saylı evdə yaşayan 24 yaşlı Nəriman Məmmədovu qonşusu Seyran Meybullayev qətlə yetirib. Qətlə səbəb yol olub. Belə ki, N.Məmmədov qətlin törədildiyi Nizami küçəsi ilə gedərkən Seyran onun qabağını kəsib və "sən niyə bu yolla gedirsən?" - deyə soruşub. Bundan sonra onların aralarında mübahisə yaranıb. Nəticədə Seyran bıçağı Nərimanın ürəyinə vurub.
İstintaq zamanı S.Meybullayevin ruhi-əsəb xəstəsi olması məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31