Bakıda ərini qanına boyayan qadın 8 il azadlıqdan məhrum edildi
28 Dekabr 2012 16:55 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilərək həbs olunan Binəqədi rayon sakini Arifə Səmədovanın məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Arifə Səmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin məhkəmə A.Səmədovanın himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq onun cəza çəkməsini 8 il müddətinə təxirə salıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31