Polis 5050 ədəd “partladan” müsadirə edib

Əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib

Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Belə ki, Nəsimi rayonu və Sumqayıt şəhəri ərazilərindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 5050 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31