Bakıda mağaza oğruları həbs edildilər
28 Dekabr 2012 16:02 KriminalOnlar bir neçə mağazanı yarmaqda ittiham edilirlər. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dekabrın 27-nə keçən gecə Bül-bülə qəsəbəsində yerləşən, Ruslan Xamayevə məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə ərzaq malları oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Tağızadə və Sumqayıt şəhər sakini Anar Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən tutulublar.
Məlum olub ki, onlar iyunun 28-nə keçən gecə Bül-bülə qəsəbəsində Tofiq Əhmədova və noyabrın 26-da Fikrət Abbasova məxsus mağazadan da oğurluq ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31