Bakıda gənc qadın özünü zəhərlədi

32 yaşlı qadın 5 qutu dərman içib. Dünən axşam saatlarında Bakının Xəzər rayonunda 32 yaşlı qadın özünü öldürmək istəyib. Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü N.M. özünü zəhərləyib. Qadın 5 qutu dərman içib. Onun huşsuz bədənini ailə üzvləri evdə tapıblar. Dərhal qadın xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatı xilas edilib. Onun bir neçə dəfə də intihara cəhd etdiyi bildirilir.
Lakin onun nə səbəbdən özünü öldürmək fikrində olması dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31