Bakıda daha bir qadın faciəsi

Sürücü piyadaya qarşı insanlığa sığmayan hərəkət etdi. Bakının Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, maşın qadını vuraraq qaçıb. Hadisə bu gün Şəhər şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan maşın 46 yaşlı Lidiya Qarkavayanı vurub yol kənarına atıb və gəldiyi sürətlə də yoluna davam edib. Qadın 3 saylı Klinik Xəstəxanaya çatdırılsa da, orada keçinib.
Hazırda qadını vurub qaçan maşının müəyyn edilməsi üçün polis işə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31