Dünən Bakıda 19 nəfər dəm qazından zəhərləndi

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər

Ötən gün Bakının müxtəlif ərazilərində dəm qazından 19 nəfər zəhərlənib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənənlərdən çoxunun vəziyyəti ağır olub.
Onların hamısı paytaxtın müvafiq xəstəxanalarına yerləşdiriliblər. Qeyd edək ki, dəm qazından zəhərlənmə faktlarının əksəriyyəti şəhərətrafı həyət evlərində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31