İrandan Azərbaycana heroin daşıyanlar
23 May 2012 17:14 KriminalŞirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Fuad Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Fuad Mirzəyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Fuad Mirzəyev küllü miqdarda narkotik vasitə hesab olunan heroini İrandan Azərbaycana keçirmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31