Minik avtomobili ağaca çırpıldı

Quba rayonu, Digah kəndində vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb və sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə  sürücünü avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31