Avtomobil dayanacağında 3 kişi qadını zorladı
Hadisə Hindistanda baş verib
27 Dekabr 2012 15:42 Kriminal
Hindistanda bir qrup kişi 42 yaşlı qadını zorlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zorlama Hindistanın paytaxtı Dehlidəki avtomobil dayanacaqlarından birində baş verib. Daha sonra onlar qadını küçənin ortasına ataraq qaçıblar. Hadisə avtobusda tələbə qızın zorlanma hadisəsi səbəbbindən yaranan etiraz aksiyası sakitləşməmiş baş verib.
Belə ki, qadın işdən evə qayıdarkən Verma adlı kişi onu maşınla evə aparmağı təklif edib. Yolda kişinin 2 dostu da avtomobilə əyləşib. Zərərçəkənin polisə verdiyi ifadəyə görə, onlar avtomobil dayanacağına girərək, qadının ağzını bağlayıblar. Sonra kişilər növbə ilə qadını zorlayıblar. Daha sonra onu Dehlinin cənub-şərq hissəsindəki yola atıblar.
Xatırladaq ki, dekabrın 16-da Hindistanda analoji hadisə baş vermişdi. Sərnişin avtobusunda 6 sərxoş kişi tələbə qızı zorlamışdılar. Bununla bağlı camaat etiraz aksiyalarına başlayıblar. Onlar gənc qızı zorlayanların ölüm hökmü verilməsi ilə yanaşı, qadınlara qarşı zorakarlıq hallarının qarşısının alınması istiqamətində tədbirlərin keçirilməsini tələb edirlər.