Ağdamda daha bir kütləvi zəhərlənmə, bir ailənin 5 üzvü xəstəxanalıq oldu

Dekabrın 26-da Ağdamda daha bir ailə qidadan zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ağdam rayon sakinləri İlkanə Qasımova, bacısı Türkanə, qardaşı Ruslan, qohumları Ramin Quliyev və onun qardaşı Niyaz evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumatda həmçinin bildirilir ki, həmin gün Cəlilabad rayon sakini Təyyar Əliyev və Abşeron rayon sakini Tünzalə Cəfərova kimyəvi məhluldan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31