Qəbələdə 7 mərtəbəli bina yandı, 34 nəfər evakuasiya olundu, 1 nəfər zəhərləndi
27 Dekabr 2012 11:31 KriminalQəbələdə yeddimərtəbəli binada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayonda yeddimərtəbəli yaşayış binasının şaxtasında 1-ci mərtəbədən 7-ci mərtəbəyə qədər mərtəbələrarası elektrik kabelləri 21 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 34 nəfər bina sakini, o cümlədən, 6 nəfər uşaq təxliyyə edilib, bir nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31